"Mançester Siti" klubunun türk əsilli futbolçusu İlkay Gündoğan karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Offsideplus.az "Fanatik"ə istinadla xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi ilə "Qalatasaray" yaxından maraqlanır.
İstanbul təmsilçisinin rəhbərliyi təcrübəli futbolçunu transfer etmək üçün fəaliyyətə başlayıb. Hazırda İngiltərə klubu ilə danışıqların getdiyi bildirilir.
Qeyd edək ki, Almaniya millisinin də formasını geyinən Gündoğan 2016-cı ildən "şəhərlilər"də çıxış edir.