"Qarabağ"ın sabiq futbolçusu Dino Ndlovu karyerasını Türkiyədə davam etdirəcək.

Offsideplus.az  xəbər verir ki, cənubi afrikalı hücumçu Türkiyənin 1-ci liqa təmsilçisi "Boluspor"la anlaşıb. Dino ilə 1,5 illik müqavilə imzalanıb. O, mövsümün ikinci yarısında "99" nömrəli formanı geyinəcək.

Qeyd edək ki, son klubu Çin "Çanqçun"unu olan D.Ndlovu 2016-2018-ci illərdə "Qarabağ"da çıxış edib. O, 2021/2022 mövsümündə Türkiyənin "Kocaelispor" klubunda oynayıb.