Türkiyənin “Alanyaspor” klubu qapıçısı Xose Karlos Marafona ilə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Marafona 2019/20 mövsümündə Portuqaliyanın “Braqa” klubundan azad agent kimi “Alanyaspor”a keçmişdi. O, bu mövsüm Super Liqa təmsilçisində meydana çıxmaq şansı qazanmayıb.