Hazırda "Başakşehir"in formasını geyinən Məsut Özil karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Offsideplus.az "Skorer"ə istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi ilə "Al-Fayha" klubu yaxından maraqlanır. Klub rəhbərliyi türk ulduzun transferi üçün danışıqlara başlayıb. 

Qeyd edək ki, 2021-ci ildə "Arsenal"dan "Fənərbağça"ya keçən Məsut Özil cari mövsümün əvvəli "Başakşehir"ə transfer olunub. Üzləşdiyi ağır zədə səbəbindən Özil cari mövsüm Super Liqada 1 oyuna çıxıb, 10 dəqiqə oynayıb.