"Qalatasaray" "Spartak"ın (Moskva) hücumçusu ilə maraqlanır.
Offsideplus.az xəbər verir ki, İstanbul klubu Şamar Nikolsonu transfer etmək variantını nəzərdən keçirir. Bu barədə “Takvim” nəşri məlumat yayıb.
Mənbəyə görə, “cim-bom” 2026-cı ilin yayına qədər müqaviləsi olan yamaykalı futbolçunun icarə əsasında heyətə cəlb etmək üçün qarşı tərəfə təklif vermək niyyətindədir. Bildirilir ki, Türkiyə tərəfi artıq futbolçunun agenti ilə əlaqə saxlayıb.
Nikolsona maraq "Qalatasaray"ın hücumçusu Haris Seferoviçin qeyri-qənaətbəxş çıxışı ilə bağlıdır. "Benfika"dan icarəyə götürülən 30 yaşlı isveçrəli Super Liqada 9 oyun keçirib və bu görüşlərdə qol vura bilməyib. İstanbul klubunun 25 yaşlı yamaykalını transfer edəcəyi təqdirdə, Seferoviçlə əməkdaşlığı dayandıracağı vurğulanıb.
Qeyd edək ki, Nikolson "Spartak" (Moskva) forması ilə cari mövsümdə 13 oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.