Argentina yığmasının və "Yuventus" klubunun yarımmüdafiəçisi Anxel di Mariyanın "Qalatasaray"a keçə bilər.

Offsideplus.az xəbər verir ki, cari mövsümün sonu "Yuventus"la müqaviləsinin müddəti başa çatacaq 34 yaşlı yarımmüdafiəçi ilə İstanbul təmsilçisi yaxından maraqlanır. Bu barədə milli komandanın idman direktoru Lusiano Nakis bildirib.

Nakis "Radyospor"a açıqlamasında transferin mümkün olduğunu qeyd edib.

Qeyd edək ki, Anxel di Mariya Argentina millisinin heyətində dünya çempionu olub.