Türkiyənin “İstanbulspor” klubu albaniyalı futbolçusu Kristal Abazay ilə yollarını ayırıb.

Offsidplus.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 

26 yaşlı vingerlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 

Qeyd edək ki, Abazay 2020/21 mövsümündən etibarən “İstanbulspor”un formasını geyinirdi. O, cari mövsüm cəmi 5 oyunda meydana çıxıb.