"Qalatasaray"ın futbolçusu Bafetimbi Qomis klubdan ayrıla bilər.
Offsideplus.az xəbər verir ki, Türkiyə 1-ci liqa təmsilçisi "Eyüpspor" fransalı hücumçunu transfer etmək istəyir. Bu barədə "Sabah" nəşri məlumat yayıb.
Xəbərə görə, 1-ci liqa klubu 37 yaşlı forvard ilə 1.5 illik sözləşmə imzalamağı planlaşdırır. Klubun qış transfer pəncərəsində heyətinə qatmaq istədiyi təcrübəli futbolçuya isə 1 milyon avro maaş ödəməyə hazır olduğu bildirilir.
Mənbənin verdiyi məlumatda o da qeyd olunur ki, Fransa millisinin sabiq üzvü "Eyüpspor"un transfer siyahısında ilk sırada qərarlaşıb.
Qeyd edək ki, Qomis cari mövsüm bütövlükdə 13 oyunda meydana çıxıb və 6 qol vurub. Onun müqaviləsi mövsümün sonunda başa çatır.