"Fənərbağça" heyətini yeni hücumçu ilə gücləndirməyə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi Səudiyyə Ərəbistanın "Əl Nəsr" klubunda forma geyinən kamerunlu forvard Vensan Abubakarla razılığa gəlib. Bu barədə "Akşam" nəşri məlumat yayıb.
Xəbərə görə, "sarı-lacivərtlilər" Ər Riyad təmsilçisi ilə anlaşacağı təqdirdə transfer rəsmi olaraq açıqlanacaq. Mənbədə o da qeyd edilir ki, "Fənərbağça" milli üzvünü satınalma şərti ilə icarəyə götürmək istəyir.
Xatırladaq ki, 30 yaşlı oyunçu daha əvvəl Türkiyədə "Beşiktaş"da (2016-2017, 2020-2021-ci illərdə) çıxış edib.
Qeyd edək ki, Vensan Abubakarın "Əl Nəsr"lə müqaviləsi 2024-cü ilin yayında başa çatır.