Türkiyənin "Kayserispor" klubu futbolçusu Onur Bulutla yeni müqavilə barəsində razılığa gəlib.

 Offsideplus.az xəbər verir ki, Super Liqa təmsilçisi 28 yaşlı oyunçu ilə  3 illik sözləşmə imzalayacaq. Bu barədə "TRT Spor" məlumat yayıb.

Xatırladaq ki, Türkiyə millisinə də dəvət almağa başlayan cinah müdafiəçisinin adı son zamanlar göstərdiyi uğurlu çıxışı ilə əlaqədar Super Liqanın "dörd böyüklər" ("Qalatasaray", Fənərbağça", "Beşiktaş" və "Trabzonspor") adlandırılan təmsilçiləri ilə yanaşı çəkilirdi.

Qeyd edək ki, Onur Bulut cari mövsüm Türkiyə çempionatında meydana çıxdığı 14 oyunda 2 qol və 2 asisstlə yadda qalıb.