“Hatayspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Offsideplus.az xəbər verir ki, Super Liqa klubu müdafiəçi Burak Bekaroğlunu transfer edib.
25 yaşlı futbolçu ilə 2.5 illik müqavilə imzalanıb.
Burak 2021-ci ildən formasını geyindiyi “Fatih Karagümrük”dən bir neçə gün öncə azad agent kimi ayrılmışdı.