Xorvatiya millisinin qolkiperi Dominik Livakoviç DÇ-2022-də göstərdiyi performansla diqqətləri üzərinə çəkib.
Offsideplus.az xəbər verir ki, "Dinamo"nun (Zaqreb) 27 yaşlı qapıçısı 1/8 finalda Yaponiya, 1/4 finalda isə Braziliya millisini penaltilər seriyasında peşman edib. Livakoviç dünən "sambaçı"lara qarşı oyunda rəqibin iki penaltisini dəf etməyi bacarıb.
Futbolçu ilə hazırda "Benfika" və "Fənərbağça" klubları yaxından maraqlanır. "Sarı-lacivərtlər" hazırda qapıçı transferini planlaşdırmasa da, Altay Bayındırın "İnter" və ya "Ayaks"a mümkün transferi halında klub rəhbərliyi Livakoviç üçün "Dinamo"ya təklif göndərəcək.
Qeyd edək ki, Dominikin Zaqreb təmsilçisi ilə 2024-cü ilə qədər müqaviləsi var.