"Qalatasaray" klubu futbolçusu ilə yeni müqavilə imzalayıb.

Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi Yunus Akgünlə sözləşmənin müddətini uzadıb. 

22 yaşlı vinger 2026-cı ilin yayına kimi "sarı-qırmızılar"a məxsus olacaq.

Qeyd edək ki, Türkiyə millisinin üzvü cari mövsümdə "cim bom"un heyətində meydana çıxdığı 17 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.