"Qalatasaray" klubunun futbolçusu Kərəm Aktürkoğlu İtaliyanın "Napoli" komandası ilə anlaşıb.

Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı İtaliya mətbuatı yayıb.

İddiaya görə, 24 yaşlı cinah yarımmüdafiəçisi qışda Neapol təmsilçisinin sıralarına qoşulacaq. Lakin onun keçidinin hansı məbləğə başa gələcəyi barədə informasiya yoxdur.

Qeyd edək ki, Türkiyə millisinin də formasını geyinən Aktürkoğlu 2020-ci ildən "Qalatasaray"da çıxış edir.