Türkiyənin "Qalatasaray" klubu mövsümün sonunda futbolçusu Bafetimbi Qomislə yollarını ayıracaq.

Offsideplus.az "Fotomaç"a istinadla xəbər verir ki, "sarı-qırmızılılar" yayda müqaviləsi bitən 38 yaşlı forvardla yola davam etməyəcək. 

Bildirək ki, Qomis bu mövsüm Super Liqada 10 oyunda 4 qola imza atıb.