Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

 Offsideplus.az İspaniya mətbuatına istinadla xəbər verir ki, İstanbul təmsilçisi Madrid "Real"ının belçikalı hücumameyilli yarımmüdafiəçisi Eden Hazardın transferi üçün razılıq əldə edib.

Belə ki, tərəflər arasında İspaniyada baş tutan görüş müsbət sonluqla yekunlaşıb. "Kral klubu"nun rəhbərliyi 31 yaşlı futbolçunun keçidinə razılıq verib. Transferin qışda baş tutacağı gözlənilir.

Qeyd edək ki, Hazard 2019-cu ildə "Çelsi"dən "Real"a keçib.