Cari mövsüm Super Liqada çempionluq uğrunda mübarizə aparan "Adana Demirspor" klubu "Atletiko Mineyro"dan Halk və son olaraq "Nasional" formasını geyinən Luis Suarezi heyətinə qatmaq istəyir.

Offsideplus.az  "Fanatik"ə istinadən xəbər verir ki, hücumçu axtarışında olan klub hər iki futbolçu ilə danışıqlara başlayıb. 

Halk Mineyro komandasında çıxdığı 46 oyunda 29 qol və 5 assistə imza atıb. Karyerası boyunca "Barselona", "Liverpul", "Atletiko" kimi klubların şərəfini qoruyan Luis Suarez isə ötən həftə "Nasional"la Uruqvay çempionatının qalibi olub.

Qeyd edək ki, "Adana Demirspor" turnir cədvəlində 24 xalla üçüncü yerdədir. "Fənərbağça" 29 xalla birinci, "Qalatasaray" isə 27 xalla ikincidir.