Türkiyə Super Liqasında 14-cü turun oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, ötən gün "Qalatasaray" səfərdə "Başakşəhər"lə qarşılaşıb və 7:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, turnir cədvəlinə 29 xalla (13 oyun) "Fənərbağça" liderlik edir. "Qalatasaray" 27 xalla (13 oyun) 2-ci, "Adana Demirspor" 24 xalla (13 oyun) 3-cü pillədə qərarlaşıb.

"Başakşəhər" - "Qalatasaray" - 0:7
Qollar:
 Aktürkoğlu, 14, 59, 85, İkardi, 45-pen, Ndayişimiye, 45+4, Mertens, 65, Bardakcı, 88