"Fənərbağça"nın futbolçusu Serdar Dursunla Almaniya və İtaliya klubları yaxından maraqlanır.

Offsideplus.az "Fanatik"ə istinadən xəbər verir ki, İtaliyanın "Spetsia" klubu qış transfer dönəmində hücum xəttini gücləndirmək istəyir. A Seriyası təmsilçisinin 31 yaşlı forvardı icarə əsasında heyətinə qatmağı planlaşdırdığı bildirilir.

Almaniyanın "Şalke" klubu da türk futbolçu ilə maraqlanır. Klub "Fənərbağça" rəhbərliyinə birbaşa satın alma şərti ilə icarə əsasında transfer təklifi göndərəcək.

Qeyd edək ki, ötən mövsüm "sarı-lacivərt" formada 33 oyuna çıxıb, 15 qol vuran Sərdar cari sezon liqada 5 oyunda iştirak edib.