"Kasımpaşa" klubu baş məşqçisi Şenol Canla yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, 39 yaşlı mütəxəssislə müqaviləyə xitam verildiyi bildirilib. Buna səbəb isə komandanın uğursuz çıxışlarıdır.
Qeyd edək ki, Ş.Can 2022-ci ilin yayından "Kasımpaşa"nı çalışdırırdı. O, 2021-ci ilin martından avqustunadək də bu komandaya baş məşqçilik edib.