"Sassuolo"nun futbolçusu Kaan Ayhan karyerasını Türkiyə Superliqasında davam etdirə bilər.
Offsideplus.az "Fanatik"ə istinadən xəbər verir ki, Türkiyənin "Fənərbağça", "Beşiktaş", "Qalatasaray" və "Trabzonspor" klubları 28 yaşlı müdafiəçi ilə yaxından maraqlanır.
"Beşiktaş" və "Fənərbağça" Türkiyə millisinin üzvünü icarə əsasında heyətinə qatmağı planlaşdırır. Adıçəkilən digər klublar da futbolçu ilə danışıqlar aparır. Ayhanın İtaliya təmsilçisi ilə müqaviləsinin müddəti 2024-cü ilin yayında başa çatır.
Qeyd edək ki, A Seriyasının son 14 turundan 13-də adı heyətə daxil edilən türk futbolçu bu matçların 4-də start heyətdə oynayıb. O, 5 dəfə meydana sonradan daxil olub, 4 dəfə isə əvəzedici heyətdən çıxa bilməyib.