"Fənərbağça"nın cari mövsüm aparıcı oyunlarından olan Migel Krespoya İtaliya A Seriyasından "elçi düşüb".

Offsideplus.az "Fanatik"ə istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçini transfer etmək istəyən klublar sırasına "İnter" də qoşulub. Portuqaliyalı futbolçu ilə İspaniyanın "Atletiko" klubu da yaxından maraqlanır.

Madrid təmsilçisi daha öncə Krespo üçün 11 milyon avro dəyərində təklif göndərsə də, "Fənərbağça" geri çevirmişdi. "Sarı-lacivərtlər" oyunçusu üçün 25 milyon avro satış qiyməti təyin edib. 

Qeyd edək ki, Migel Krespo "Fənərbağça"nın start heyətində meydana çıxdığı 20 matçda məğlubiyyət üzü görməyib, 17 qələbə, 3 heç-heçə yaşayıb.