"Beşiktaş" klubunun futbolçusu Raşid Qezzal əməliyyat olunub.

Offsideplus.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçinin ABŞ-da edilən əməliyyatı uğurla yekunlaşıb. Elcəzairli vinger tez bir zamanda reabilitasiyaya başlayacaq.

Qeyd edək ki, Raşid Qezzal bu mövsüm "Beşiktaş"ın heyətində meydana çıxdığı 5 matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda alıb.