Rusiyalı hücumçu Artem Dzyuba Türkiyənin "Adana Demirspor" klubu ilə müqaviləyə xitam verib.
Offsideplus.az xəbər verir ki, bu barədə rusiyalı jurnalist İvan Karpov "Telegram" kanalında məlumat yayıb.
34 yaşlı rusiyalı oyunçu sonuncu dəfə oktyabrın 7-də "Qazientep"lə matçda (1:1) meydana daxil olub və 6 dəqiqə meydanda olub. Komandanın “Konyaspor” (1:1) və “Kayserispor” (2:2) ilə son iki oyununda hücumçunun adı iştirak ərizəsinə salınmamışdı.
Dzyuba 2022-ci ilin avqustunda azad agent kimi "Adana Demirspor"a keçib. Forvard klubun heyətində 5 oyunda iştirak edib və bir qol vurub.
Qeyd edək ki, hazırda "Adana Dəmirspor" 12 oyundan sonra 23 xalla dördüncü pillədə qərarlaşıb.