Bugünlərdə yenidən "Beşiktaş" klubunun baş məşqçisi olan Şenol Günəş artıq sərəncamında görmək istədiyi futbolçulardan birini müəyyənləşdirib.

 Offsideplus.az "Fanatik"ə istinadla xəbər verir ki, "qara qartallar"ın 70 yaşlı çalışdırıcısı "Fənərbağça"nın gənc yarımmüdafiəçisi Arda Gülərin transfer edilməsini istəyir.

O, 17 yaşlı futbolçunu qışda öz sərəncamında görmək niyyətindədir.

Artıq qarşı tərəfə təklif göndərildiyi də bildirilir.

Qeyd edək ki, Arda Gülər 2021-ci ildən "Fənərbağça"da çıxış edir.