"Fənərbağça"nın prezidenti Ali Koç və baş məşqçi Jorje Jesus "Başakşehir"lə matçdan (1:0) sonra görüşüblər.
Offsideplus.az "Takvim"ə istinadən xəbər verir ki, 68 yaşlı mütəxəssisin həyat yoldaşı İvone Jesus da axşam yeməyində iştirak edib. Görüşdə klub rəhbərliyi ilk dəfə yeni müqavilədən söz açıb. "Sarı-lacivərtlər" portuqaliyalı baş məşqçiyə 2024-cü ilin yayına qədər yeni sözləşmə təklifi ediblər.
Qeyd edək ki, 2022-ci ilin yayında İstanbul təmsilçisi ilə anlaşan Jorjenin müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatır. "Fənərbağça" hazırda 23 xalla turnir cədvəlində birinci yerdədir.