"İstanbulspor"un yeni baş məşqçisi bəlli olub.

Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, klub 2018-2019, 2020-2021-ci illərdə komandaya rəhbərlik etmiş Fatih Tekkeni qaytarıb. 45 yaşlı mütəxəssislə  5 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, o, bu vəzifədə ötən gün istefaya göndərilən Osman Zeki Korkmazı əvəzləyib.