"İstanbulspor"un baş məşqisi Osman Zeki Korkmaz istefa verib.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 40 yaşlı mütəxəssis yeni baş məşqçi təyinatının komandaya daha faydalı olacağını düşünüb. Bu səbəbdən istefa qərarı verib.

Qeyd edək ki, "İstanbulspor" cari mövsüm Korkmazın rəhbərliyi altında 10 matç çıxıb, 2 qələbə qazanıb, 2 heç-heçə edib, 6 dəfə məğlub olub.