"Qalatasaray"ın futbolçusu Kerem Aktürkoğlunun İspaniyanın "Atletiko" (Madrid) klubu ilə anlaşdığı barədə iddialar yayılmışdı.
Offsideplus.az "Ajansspor"a istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçinin meneceri Erkut Söğüt məsələyə aydınlıq gətirib. O, Türkiyə millisinin üzvünün yanvarda "Atletiko"ya mümkün transferi ilə bağlı bu açıqlamanı verib:
"Şayiələr çıxır. Amma bunlar gerçək deyil. Elə bir şey yoxdur. Olsa belə, klublar özləri rəsmi açıqlama verərlər. Hazırda Keremin başqa bir komanda ilə anlaşması mümkün deyil. Onu izləyən bir çox klub var, milli komandanın da üzvüdür. "Atletiko" və ya başqa bir klubun adını vermək istəmirəm, lakin "Qalatasaray" və Türkiyə millisində oynayan bir futbolçu ilə çox komanda maraqlanır".
Qeyd edək ki, 2020-ci ildən "Cim-Bom"un formasını geyinən Kerem Aktürkoğlunun qış transfer dönəmində transferi üçün "Atletiko"yla anlaşdığı xəbərləri yayılmışdı.