"Fənərbağça" klubu baş məşqçisi Jorje Jesusla yollarına davam etmək istəyir.
Offsideplus.az "Takvim"ə istinadən xəbər verir ki, klub rəhbərliyi və 68 yaşlı mütəxəssisin həyat yoldaşı İvone Jesus yaxın zamanlarda görüşəcək. Portuqaliyalı çalışdırıcı daha bir il "sarı-lacivərtlər"in baş məşqçisi olmaq istəsə də, müqavilə şərtləri xanımını məmnun etməsə, sözləşmə imzalamayacaq.
Qeyd edək ki, 2022-ci ilin yayında İstanbul təmsilçisi ilə anlaşan Jorjenin müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatır. "Fənərbağça" hazırda 20 xalla turnir cədvəlində ikinci yerdədir.