"Qalatasaray" cari mövsümün sonunda komandadan ayrılmağı düşünən kapitanı Fernando Musleranın əvəzləyicisini tapıb.
Offsideplus.az İspaniya mətbuatına istinadən xəbər verir ki, "sarı-qırmızılar" ötən mövsüm "Barselona"dan icarəyə götürdüyü İnaki Penanı komandaya qaytarmaq istəyir. Klub mövsümün sonunda 23 yaşlı qapıçı ilə danışıqlara başlayacaq.
Kataloniya təmsilçisi isə cari mövsümün sonunda ispaniyalı qolkiperlə müqaviləni yeniləməyi düşünür. "Barsa" İnakiyə 3 illik müqavilə təklif etməyi planlaşdırır.
Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Pena ötən mövsümü icarə əsasında "Cim-Bom"da keçirib.