"Fənərbağça" Fransa 1-ci Liqası klubu "Marsel"in formasını geyinən Cengiz Ündəri heyətinə qatmaq istəyir.
Offsideplus.az "Fotomaç"a istinadən xəbər verir ki, "sarı-lacivərtlər" 25 yaşlı hücumçunun icarəsi ilə bağlı Fransa təmsilçisi ilə danışıqlara başlayıb. "Marsel" satış qiyməti 22 milyon avro olan Türkiyə millisinin üzvünü 2 milyon avroya icarəyə göndərməyə hazırdır.
Türkiyənin "Qalatasaray" klubu da yay transfer dönəmində Cengiz Ündəri heyətinə qatmaq istəmişdi.
Qeyd edək ki, cari mövsüm 13 oyunda iştirak edən Ündər komandadan ayrılmaq istəyir. Onun "Marsel"lə müqaviləsinin müddəti 2025-ci ildə başa çatacaq.