Türkiyənin "Qalatasaray" klubunun müdafiəçisi Saşa Boey karyerasını Madrid "Real"ında davam etdirə bilər.

 Offsideplus.az "AS" nəşrinə istinadla xəbər verir ki, 22 yaşlı fransalı futbolçu göstərdiyi oyunla ispanların diqqətini çəkməyi bacarıb. Onun qış transfer dövründə "kral klubu"na keçəcəyi gözlənilir.

Digər yandan isə La Liqa klubunun ulduz futbolçusu Eden Hazard da karyerasını "Qalatasaray"da davam etdirə bilər. Türkiyə təmsilçisi uzun müddətdir ki, 31 yaşlı hücumameyilli yarımmüdafiəçinin keçidini həll etmək istəyir. "Real"da işləri yaxşı getməyən belçikalının da "sarı-qırmızılılar"a keçmək niyyətində olduğu bildirilir.