"Qalatasaray"ın gənc ulduzu Saşa Boey Avropanın nəhəng klublarının hədəfindədir.
Offsideplus.az "Calciomercato"ya istinadən xəbər verir ki, 22 yaşlı müdafiəçi ilə İngiltərədən "Liverpul" və İspaniyadan "Real" klubları yaxından maraqlanır. Sözügedən klublar cari mövsümün sonu oyunçunun transferi üçün "sarı-qırmızılar"a müraciət edəcək.
Daha öncə Fransa 1-ci Liqasından "Lion", "Marsel", "Renn" klublarının Saşanı heyətinə qatmaq istədiyi bildirilmişdi. "Sarı-qırmızılar" fransalı futbolçuya 15 milyon avro qiymət qoyublar.
Qeyd edək ki, "Qalatasaray" Saşanı 2021-ci ildə 1,1 milyon avroya "Renn" klubundan transfer edib. Oyunçu cari mövsüm 8 oyuna çıxıb, 1 qol vurub.