"Qalatarasay"ın kapitanı Fernando Muslera "Channel 12" telekanalına verdiyi açıqlamada gələcək karyerasına aydınlıq gətirib.
Offsideplus.az xəbər verir ki, 36 yaşlı qolkiper karyerasını ilk klubu "Uonderers"də bitirmək istədiyini deyib:
"Bu barədə fikirləşməyə başlamışam, xüsusilə də övladlarım dünyaya gəldikdən sonra. Fiziki olaraq hazırda yaxşı hiss edirəm. Futbol karyerama başladığım yerdə - "Uonderers" klubunda son vermək istəyirəm. Fikrim budur. Hazırda "Qalatasaray"la iki illik müqaviləm var və klub ilə ölkənin mənə bəxş etdiklərinə hörmət edərək, sözləşməmə sadiq qalmağı düşünürəm".
Qeyd edək ki, Muslera 2011-ci ildən "Cim-Bom"un şərəfini qoruyur.