Cari mövsüm "Qalatasaray"dakı performansı ilə diqqət çəkən Saşa Boey ilə Fransa klubları yaxından maraqlanır.

Offsideplus.az xəbər verir ki, Fransa 1-ci Liqasından "Lion", "Marsel", "Renn" klubları 22 yaşlı müdafiəçini heyətinə qatmaq istəyir. Adıçəkilən 3 klubun "Qalatasaray"a məktub göndərdiyi və qış transfer dönəmində hərəkətə keçəcəyi bildirilir. 

"Sarı-qırmızılar" fransalı futbolçuya 15 milyon avro qiymət qoyublar.

Qeyd edək ki, "Qalatasaray" Saşanı 2021-ci ildə 1,1 milyon avroya "Renn" klubundan transfer edib.