"Qalatasaray" qapıçısı Fernando Musleranı İnaki Pena ilə əvəzləməyi düşünür.
Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılar" ötən mövsüm "Barselona"dan icarəyə götürdüyü qolkiperi komandaya qaytarmaq istəyir. Bu barədə italiyalı jurnalist Matteo Moretto məlumat yayıb. 23 yaşlı qapıçı Kataloniya təmsilçisi ilə cari mövsümün sonunda müddəti başa çatacaq müqaviləni yeniləməyəcək.
Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Pena ötən mövsümü icarə əsasında "Cim-Bom"da keçirib. Baş məşqçi cari mövsüm Xavi ispaniyalı oyunçunu əsas komandaya çağırsa da, heç bir oyun keçirməyib.