Cari mövsümün əvvəlində "Başakşehir"ə transfer edilən Məsut Özil əməliyyat olunub.

Offsideplus.az xəbər verir ki,  türk futbolçunun özəl xəstəxanada keçirdiyi 3 saatlıq əməliyyat uğurla başa çatıb. 33 yaşlı yarımmüdafiəçi zədəsi səbəbindən 3 ay yaşıl meydanlardan uzaq qalacaq. 

Qeyd edək ki, Özil "Başakşehir"in heyətində cəmi 21 dəqiqə meydanda olub.