Türkiyə Super Liqasında 8-ci turun oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, ötən gün daha 4 matç baş tutub.

Turun mərkəzi oyununda “Beşiktaş” “Fənərbağça” ilə qarşılaşıb. İstanbul derbisində hesab açılmayıb.

Türkiyə

Super Liqa, 8-ci tur

2 oktyabr

"Beşiktaş" – "Fənərbağça" - 0:0

"Alanyaspor" – "Giresunspor" - 1:1
Qollar: Balkoveç, 81 – G.Sağlam, 65.

Qırmızı vərəqə: Serjinyo, 4 ("Giresunspor")

"Sivasspor" – "Hatayspor" - 1:2
Qollar: E.Yeşilyurt, 23 – El Kaabi, 14. B.Yıldırım, 20.

Qırmızı vərəqə: R.Ribeyro, 42 ("Hatayspor")

"Konyaspor" – "Ümraniyespor" - 1:0
Qol: M.Demir, 45+3.

Qeyd edək ki, turnir cədvəlinə  "Başakşəhər" (17 xal) başçılıq edir. Eyni (17) xala sahib olan  "Adana Demirspor" və "Konyaspor" müvafiq olaraq 2-ci və 3-cü pillədə qərarlaşıb.