“Beşiktaş” klubu qapıçı Ersin Destanoğlu ilə yeni müqavilə bağlayıb.

 Offsideplus.az xəbər verir ki, 21 yaşlı qolkiperlə 4 illik müqavilə imzalanıb. Ersin illik 13 milyon TL maaş alacaq.

Qeyd edək ki, Destanoğlu “Beşiktaş”ın yetirməsidir. O, “qara qartallar”ın əsas komandası ilə 91 rəsmi matçda meydana çıxıb.