Türkiyənin “Beşiktaş” klubu Ersin Destanoğlu ilə yeni müqavilə bağlayıb.

Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi 21 yaşlı qolkiperlə 4 illik sözləşmə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

 Ersin yeni müqavilə ilə illik 13 milyon TL maaş alacaq.

Qeyd edək ki, Destanoğlu “Beşiktaş”ın yetirməsidir. O, “qara qartallar”ın əsas komandası ilə 91 rəsmi oyunda meydana çıxıb.