"Səbail"in sabiq baş məşqçisi Aftandil Hacıyev "Qalatasaray"ın düşərgəsində təcrübədə olub.
Offsideplus.az xəbər verir ki, səfər UEFA-nın Pro dərəcəsini yeniləmək məqsədilə təşkil olunan kurslar çərçivəsində baş tutub. Səfər zamanı 41 yaşlı mütəxəssis "Qalatasaray"ın baş məşqçisi Okan Burakla görüşüb, ona arxasında "Okan" yazılan Azərbaycan millisinin 7 nömrəli forması hədiyyə olunub.
Qeyd edək ki, Aftandil Hacıyev 2018-2022-ci illərdə "Səbail"i çalışdırıb.