Türkiyə millisinin baş məşqçisi Stefan Kunts UEFA Millətlər Liqasının qrup mərhələsinin VI turunda Farer adalarına məğlubiyyətinin (1:2) ardından paylaşım edib.
Offsideplus.az xəbər verir ki, İnstaqram hesabından açıqlama verən almaniyalı mütəxəssis tənqidləri qəbul etdiyini dilə gətirib:
"Son matçımızdan sonra mənə göndərdiyiniz dəstək və tənqid mesajlarına görə təşəkkür edirəm. Tənqidlərə hər zaman açığam və bu durumla üzləşməyə hazıram. Təbii ki, belə bir məğlubiyyət bizi məyus edir, lakin bu yaşadıqlarımızı daha yaxşısını əldə etmək üçün təşvuq və motivasiya edəcək bir olay kimi görməliyik".
Qeyd edək ki, 59 yaşlı mütəxəssislə mmüqavilənin müddət 2024-cü ilə qədərdir.