"Qarabağ" klubunun akademiyasının koordinatoru Tacettin Doğanın köməkçisi çalışmış türkiyəli mütəxəssis Önder Karavelinin yeni klubu müəyyənləşib.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis Türkiyə 1-ci Liqasında mübarizə aparan "Adanaspor" komandasına rəhbərlik edəcək.

Rəsmi müqavilə bu gün bağlanacaq.

Qeyd edək ki, Önder Karaveli 2020-2021-ci illərdə "Qarabağ" klubunda işləyib. O, 2021-ci ilin sonundan 2022-ci ilin əvvəlinədək "Beşiktaş"da baş məşqçi vəzifəsini yerinə yetirib.