"Trabzonspor" futbolçusu Anders Trondsenlə yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, 27 yaşlı oyunçu ilə 2024-cü ilə qədər olan sözləşməyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Anlaşmaya əsasən, yarımüdafiəçi klubdan 11 dəfəlik hissəli ödəmə ilə 1 milyon 252 min 500 avro təzminat alacaq.
Qeyd edək ki, Anders Trondsen 2020-ci ildən "Trabzonspor"da çıxış edirdi. Norveçli futbolçu zədə səbəbindən bütövlükdə komanda ilə cəmi 14 oyunda meydanda olub.