"Trabzonspor" futbolçusu Anders Trondsen ilə yollarını ayırır.
Offsideplus.az “Milliyət” nəşrinə istinadən xəbər verir ki, artıq 27 yaşlı oyunçu bir neçə klubla danışıqlar aparır. Mənbənin verdiyi məlumata görə, “Göteborq” komandası da norveçli futbolçu ilə maraqlanır.
Trondsenin İsveç təmsilçisində oynamağa müsbət yanaşdığı bildirilir.
Qeyd edək ki, 2020/21 mövsümündə 950 min avro qarşılığında "Trabzonspor"a transfer olunan Trondsen komandanın heyətində 14 oyunda meydana çıxıb.