Türkiyə 1-ci Liqasında mübarizə aparan "Altay" klubunun gənc futbolçusu Efe Sarıkaya Superliqanın 3 nəhənginin hədəfindədir.

 Offsideplus.az DHA-ya istinadən xəbər verir ki, 18 yaşadək futbolçulardan ibarət Türkiyə millisinə dəvət edilən 16 yaşlı müdafiəçi "Beşiktaş", "Qalatasaray" və "Fənərbağça" klublarının hədəfindədir. Sözügedən klubların skautları gənc oyunçunu yaxından izləyir.

Efe "Altay"ın heyətində ilk dəfə ötən mövsüm "Trabzonspor"la oyunda debüt edib. O, cari mövsüm 1-ci Liqada 5 oyuna çıxıb.