Super Liqa təmsilçisi "Hatayspor" baş məşqçisi Serkan Özbalta ilə yolları ayırıb.
Offsideplus.az Türkiyə klubunun saytına istinadən xəbər verir ki, çalışdırıcı ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, "Hatayspor" Özbaltanın rəhbərliyi altında bu mövsüm meydana çıxdığı 6 oyunun 5-də məğlub olub, 1-də isə heç-heçə edib.