"Başakşehir"in futbolçusu Mesut Özil Azərbaycana dəstək paylaşımı edib.
Offsideplus.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi bu barədə instaqram hesabında yazıb.
"Azərbaycan-Ermənistan sərhədində baş verən atışmalar zamanı şəhid olan azərbaycanlı əsgərlərimizə Allahdan rəhmət və kədərli ailələrinə başsağlığı diləyirəm".
Qeyd edək ki, Mesut Özil 44 günlük müharibə dönəmində də Azərbaycana dəstəyini nümayiş etdirmişdi.