Türkiyənin "Göztepe" klubu Volkan Demireli komandanın başına gətirmək istəyib.

Offsidpelus.az xəbər verir ki, 40 yaşlı mütəxəssisin cavabı isə "yox" olub. Belə ki, o, Superliqa klublarından birinin baş məşqçisi olmaq istəyir.

Qeyd edək ki, Demirel 2021-2022 mövsümündə "Fatih Karagümrük" klubunu çalışdırıb.